BAKI, AzerVoice
“İstəkli ölkələr koalisiyası”na daxil olan və Ukraynada mümkün sülhməramlı missiyada iştirak etməyə açıq olan ölkələrin sayı 30-a çatıb.
AzerVoice xəbər verir ki, bu haqqda Fransa Prezidenti Emmanuel Makron, ölkəsinin silahlı qüvvələrinə müraciətində deyib.
“Fevralda Parisdə yaradılan bu ‘istəkli ölkələr koalisiyası’ bu gün 30 ölkədən ibarətdir. Koalisiyanın baş qərargahı da Parisdə yerləşir” - deyə, Makron bildirib.
Məlumat üçün bildirək ki, “İstəkli ölkələr koalisiyası” əsasən Avropa ölkələrindən ibarət bir birlikdir və üzv ölkələr Ukraynada mümkün sülhməramlı missiyada iştirak imkanını nəzərdən keçirirlər. Bu koalisiyada koordinasiya rolunu əsasən Fransa və Böyük Britaniya oynayır. Koalisiyanın yaradılması barədə ilk dəfə mart ayının əvvəlində Böyük Britaniyanın Baş naziri Kir Starmer tərəfindən elan olunmuşdu.