9
BAKI, AzerVoice
ABŞ-ın Böyük Kanyon Milli Parkının (Grand Canyon) yaxınlığında yanğın baş veib.
AzerVoice xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata əsasən, yanğın onlarla tikilini, o cümlədən tarixi “Grand Canyon Lodge” binasını və su təmizləyici qurğunu məhv edib. Yanğın nəticəsində xlor sızması baş verib və bu, yanğınsöndürənlərin ərazidən təxliyə olunmasına səbəb olub.
Yanğınsöndürənlərin bildirdiyinə görə, “Dragon Bravo Fire” adlandırılan yanğın son dərəcə qeyri-sabit və proqnozlaşdırılması çətin davranış sərgiləyib və saatda 65 kilometrə çatan külək səbəbindən təxminən 5 000 hektara yayılıb.
Yanğının yayılması kimyəvi maddələrlə (retardantlarla) qismən dayandırılsa da, hələ də ciddi təhlükə olaraq qalır.