BAKI, AzerVoice
Böyük Britaniya kralı III Çarlz və şahzadə Harri arasında gərgin münasibətlərin yumşaldılması istiqamətində ilk addım atılıb.
AzerVoice "Daily Mail" qəzetinə istinadən xəbər verir ki, kralın və şahzadənin baş məsləhətçiləri Londonda yerləşən, kralın himayədarlıq etdiyi xüsusi klubda gizli görüş keçiriblər.
Görüş ötən həftə baş tutub və Sasseks hersoqu və kral ailəsinin digər üzvləri arasında münasibətlərin bərpasına yönəlmiş “yaxınlaşma prosesi”nin başlanğıcı kimi qiymələndirilir. Görüşün təşəbbüskar tərəfi barədə məlumat verilməyib.
“Qarşıda hələ uzun yol var, lakin indi, son illərdə ilk dəfədir ki, əlaqə kanalı açılıb. Heç bir rəsmi gündəlik olmayıb, sadəcə, sərbəst söhbət aparılıb. Hər iki tərəfin müzakirə etmək istədiyi məsələlər vardı” - deyə, məlumatlı mənbə bildirib.