Əsas səhifə » Lavrov Çinə səfər edib

Lavrov Çinə səfər edib

BAKI, AzerVoice

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Çinə səfər edib.

AzerVoice-un məlumatına görə, o, burada Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək.

Lavrov Çinə Şimali Koreyadan gəlib. O, burada Vonsan şəhərində üçgünlük işgüzar səfərdə olub. Bundan əvvəl isə nazir 10–11 iyul tarixlərində Malayziyanın paytaxtı Kuala-Lumpurda keçirilən ASEAN tədbirlərində iştirak edib.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın verdiyi məlumata görə, ŞƏT-in Xarici İşlər Nazirləri Şurasının iclası 14–15 iyul tarixlərində Çinin Tyançzin şəhərində keçiriləcək. Bu nazirlər toplantısı avqustun 30-dan sentyabrın 1-dək həmin şəhərdə baş tutacaq təşkilatın sammitinə hazırlığın əsas mərhələsi olacaq. Zaxarova əlavə edib ki, Lavrov iclas çərçivəsində bir sıra ikitərəfli görüşlər də keçirəcək.

Digər Kateqoriyalar

2025 © Azervoice