14
BAKI, AzerVoice
Almaniya ordusu 2024-cü ildə yenidən silahlanmaya 31 milyard avrodan çox vəsait xərcləyib.
-un məlumatına görə, bu barədə Almaniya Silahlı Qüvvələrinin (Bundesver) Təchizat, İnformasiya Texnologiyaları və Texniki Dəstək üzrə Federal İdarəsinin rəhbəri Annette Lenik-Emden bildirib.
“Keçən il təxminən 12 min satınalma müqaviləsi imzalamışıq. 2021-ci ildə bu məqsədlə təxminən 17 milyard avro xərclənmişdi, Keçən il isə bu rəqəm 31 milyardı keçib. Həcmləri artırmağa davam edəcəyik” – deyə o, qeyd edib.
Lenik-Emden həmçinin deyib ki, prioritet sahələr hava hücumundan müdafiə sistemləri və sursat alınmasıdır.