Əsas səhifə » Texas daşqınında ölənlərin sayı 100-ü keçib

Texas daşqınında ölənlərin sayı 100-ü keçib

BAKI, AzerVoice

Texasda baş verən daşqınlarda ölənlərin sayı 119 nəfərə çatıb.

AzerVoice xəbər verir ki, ABŞ-ın Texas ştatının Kerr qraflığında 4 iyulda baş verən güclü yağışlar və daşqınlar nəticəsində ölənlərin sayı 119 nəfərə yüksəlib.

Yerli səlahiyyətlilər bildiriblər ki, ölənlərdən 36-sı uşaqdır və ən ağır itkilər Kerr əyalətində qeydə alınıb.

Qvadalupe çayının daşması ilə başlayan fəlakət nəticəsində bölgədə 50 minə yaxın insan təhlükə altındadır. Axtarış-xilasetmə işləri hazırda da davam etdirilir.

Texas qubernatoru Gregg Abbott, X platformasında etdiyi paylaşımda bütün imkanların səfərbər olunduğunu, yardım və təxliyə işlərinin fasiləsiz şəkildə davam etdiyini bildirib. ABŞ Prezidenti Donald Tramp isə Kerr qraflığını rəsmi olaraq fəlakət bölgəsi elan edib.

Qeyd edək ki, bəzi yerli respublikaçı siyasətçilər Prezident Trampın qənaət siyasətləri çərçivəsində büdcəsi azaldılmış Milli Hava Xidmətini (NWS) fəlakətdən əvvəl kifayət qədər xəbərdarlıq etmədiyinə görə tənqid edib.

Digər Kateqoriyalar

2025 © Azervoice