Əsas səhifə » Ticarət rüsumları artıq təxirə salınmayacaq - Tramp

Ticarət rüsumları artıq təxirə salınmayacaq - Tramp

BAKI, AzerVoice

ABŞ Prezidenti Donald Tramp ticarət rüsumlarının qüvvəyə minməsinin artıq təxirə salınmayacağını bəyan edib. Hazırda bu qərarın avqustun 1-də qüvvəyə minməsi planlaşdırılır.

AzerVoice xəbər verir ki, bu barədə Tramp "Truth Social" platformasında yazıb.

“Dünən müxtəlif ölkələrə göndərilən məktublara, eləcə də bu gün, sabah və qısa bir müddət ərzində göndəriləcək məktublara əsasən, rüsumların ödənilməsi 2025-ci il avqustun 1-dən başlayacaq” – deyə, o bildirib.

“Bu tarix dəyişməyib və dəyişməyəcək. Başqa sözlə, bütün ödənişlər avqustun 1-dən etibarən həyata keçirilməlidir. Heç bir möhlət verilməyəcək” - deyə, o əlavə edib.

Qeyd edək ki, daha əvvəl Tramp ticarət sazişlərinin bağlanması üçün son tarixi iyulun 9-dan avqustun 1-ə dəyişdirən fərman imzalamışdı.

Digər Kateqoriyalar

2025 © Azervoice