BAKI,AzerVoice
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 8 Noyabr – Zəfər Günü münasibətilə könüllü qanvermə aksiyası keçirilib.
AzerVoice xəbər verir ki, nazirlik və qurumlarının əməkdaşlarının iştirak etdiyi aksiya talassemiyalı və hemofiliyalı xəstələrə dəstək məqsədi daşıyıb.
Səhiyyə Nazirliyi Respublika Qan Bankının həkimləri tərəfindən hər bir donorun sağlamlığı yoxlanıldıqdan sonra onlardan qan götürülüb.
Aksiyada toplanan qanın irsi qan xəstəliklərindən əziyyət çəkən şəxslərin müalicəsində istifadə olunması nəzərdə tutulur.