BAKI, AzerVoice
İlon Mask ABŞ Federal Seçki Komissiyasına (FEC) “Amerika” adlı siyasi partiyanın qeydiyyatı üçün rəsmi müraciət təqdim edib.
AzerVoice xəbər verir ki, müvafiq sənəd qurumun portalında yerləşdirilib.
Sənədə əsasən, partiyanın adı “America Party” (qısa adı: AMEP) olacaq. Müraciət 6 iyul tarixində göndərilib və hal-hazırda FEC-in müraciətlər və ərizələr reyestrində “emal olunmamış” statusu ilə qeydiyyatdadır.
Qeyd edək ki, Mask daha əvvəl “Amerika” adlı yeni siyasi partiyanın yaradıldığını açıqlamışdı. Onun sözlərinə görə, bu partiyanın məqsədi ABŞ-da mövcud olan “vahidpartiyalı sistemi” sarsıtmaqdır.
Mask iyulun 5-də partiyanın yaradıldığını elan etdikdən sonra keçirdiyi səsvermədə iştirak edənlərin 65,4 faizi partiyanın yaradılmasını dəstəkləyib, 34,6 faizi isə əleyhinə çıxış edib.
Maskın sözlərinə görə, “Amerika” partiyasının əsas məqsədi xalqın iradəsini ifadə etmək və ABŞ Konqresinə daxil olaraq orada bir neçə yer qazanmaq olacaq.