Əsas səhifə » Ukrayna Rusiyadan olan 133 fiziki və hüquqi şəxsə sanksiya tətbiq edib

Ukrayna Rusiyadan olan 133 fiziki və hüquqi şəxsə sanksiya tətbiq edib

BAKI, AzerVoice

Ukrayna Rusiyadan olan daha bir qrup hüquqi və fiziki şəxsə qarşı sanksiyalar tətbiq edib.

AzerVoice xəbər verir ki, bununla bağlı Ukrayna Prezidenti Volodimir Zelenski fərman imzalayıb.

"Bu günkü paketdə 60 hüquqi şəxsə qarşı sanksiyalar var. Həmçinin paketdə 73 fiziki şəxs yer alır, onların hamısı Rusiya vətəndaşıdır" - deyə, o "Telegram" kanalında yazıb.

Zelenski əlavə edib ki, Kiyev öz sanksiya siyahılarını Avropa ilə uzlaşdırmağa çalışacaq.

Digər Kateqoriyalar

2025 © Azervoice