Əsas səhifə » Çin, Tayvan boğazında "M503" hava marşrutu üzrə üçüncü genişləndirməni istifadəyə verib

Çin, Tayvan boğazında "M503" hava marşrutu üzrə üçüncü genişləndirməni istifadəyə verib

BAKI, AzerVoice

Çin Mülki Aviasiya İdarəsi Tayvan boğazında mübahisəli "M503" hava marşrutu üzrə üçüncü genişləndirməni rəsmi olaraq istifadəyə verdiyini açıqlayıb.

AzerVoice xəbər verir ki, bu addım illərdir Taybey tərəfindən tənqid olunurdu, çünki marşrut Tayvan boğazında qeyri-rəsmi orta xəttin qərbində yerləşir.

Xatırladaq ki, Çin ötən il "M503" marşrutunu bu qeyri-rəsmi xəttə daha da yaxınlaşdırmış və bu, Tayvanın sərt reaksiyasına səbəb olmuşdu. Taybey Pekini bölgədəki status-kvonu dəyişdirməyə çalışmaqda ittiham etmişdi.

Yeni genişlənmənin, iyulun 9-da başlayacaq və Çin tərəfindən hücum və mühasirə ssenarisini canlandıracaq Tayvanın illik "Han Kuang" hərbi və mülki müdafiə təlimlərindən əvvəl elan olunması diqqət çəkir. Təlimlər 10 gün davam edəcək.

Tayvan boğazındakı orta xətt uzun müddət Pekinlə Tayvan arasında qeyri-rəsmi sərhəd funksiyasını daşıyırdı. Çin isə bu xəttin mövcudluğunu tanımır və artıq Çin hərbi təyyarələri bu xətti mütəmadi keçərək Taybeyə təzyiq göstərməyə çalışır.

Digər Kateqoriyalar

2025 © Azervoice