Əsas səhifə » Polşada qaz boru xəttində qəza baş verib

Polşada qaz boru xəttində qəza baş verib

BAKI, AzerVoice

Polşanın Qdansk şəhərində yerləşən bərə terminalı ərazisində qaz boru xəttində qəza baş verib.

AzerVoice xəbər verir ki, bu barədə RMF24 radiostansiyası məlumat yayıb.

Hadisə yerli vaxtla saat 12:30 radələrində (Bakı vaxtı ilə 14:30) qeydə alınıb. Yanğınsöndürmə xidmətinə terminal ərazisində baş verən insidentlə bağlı məlumat daxil olub.

Qaz sızması təhlükəsi ilə əlaqədar olaraq xilasedicilər terminalda çalışan əməkdaşlar və ərazidə yerləşən ictimai iaşə obyektlərində olan insanlar da daxil olmaqla ümumilikdə 200 nəfərin təxliyə olunması barədə qərar veriblər.

Qəzanın nəticələrinin aradan qaldırılması üçün əraziyə altı yanğınsöndürmə briqadası cəlb olunub. Saat 14:23-də (Bakı vaxtı ilə 16:23) qaz sızmasının qarşısı alınıb.

Digər Kateqoriyalar

2025 © Azervoice