Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    İranın nüvə proqramı hələ də tam məhv edilməyib - Pentaqon

    3 İyul 2025 11:30
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Pentaqon Trampı inkar edib - İranın nüvə proqramı tam deyil, 1-2 il geri çəkilib.

    AzerVoice xəbər verir ki, ABŞ Müdafiə Nazirliyi (Pentaqon), İranın nüvə proqramının ABŞ-ın hava zərbələri nəticəsində "tamamilə məhv edilməsi" ilə bağlı Prezident Donald Trampın iddialarını təsdiqləməyib.

    Müdafiə Nazirliyinin sözçüsü Şon Parnell bildirib ki, İranın nüvə fəaliyyətləri “ən azı 1-2 il geri çəkilib”, lakin obyektlərin tamamilə məhv edildiyi ilə bağlı rəsmi mövqe yoxdur.

    Parnell qeyd edib ki, İranın Fordo, Natanz və İsfahan şəhərlərindəki obyektlərinə iyunun 22-də endirilən zərbələrin ciddi psixoloji təsir yaratdığına inansalar da, hazırda zərərin dəqiq qiymətləndirilməsi davam edir. Onun sözlərinə görə, bu zərbələr Tehran rejiminin bomba istehsal etmək niyyətini və potensialını zəiflədir, lakin nüvə proqramı hələ də tamamilə dayandırılmayıb.

    CNN və digər ABŞ mediası əvvəlki günlərdə yaydığı analizlərdə, nüvə proqramının əsas komponentlərinin toxunulmaz qaldığını, zərbələrin isə əməliyyatı yalnız bir neçə ay geri saldığını qeyd etmişdi. Bu, Trampın “nüvə potensialı məhv edildi” bəyanatını şübhə altına almışdı.

    Tramp administrasiyası bu hesabatların yayımlanmasına sərt reaksiya verib və Federal Təhqiqat Bürosu (FTB) mediaya məlumat sızması ilə bağlı araşdırma başlatdığını açıqlayıb.

    Digər tərəfdən, Parnell Suriyadakı vəziyyətə də toxunaraq bildirib ki, hazırda ölkədə 1500 ABŞ əsgəri mövcuddur və Tramp administrasiyası bu bölgədə əlaqələri genişləndirmək niyyətindədir.

    Qeyd edək ki, ABŞ-ın İrana hava hücumları iyunun 13-də başlayan İsrail əməliyyatlarına dəstək olaraq həyata keçirilib. Bu zərbələr ABŞ və İran arasında gərginliyi daha da artırarkən, nüvə proqramının gələcək istiqaməti ilə bağlı suallar da cavabsız qalır.

    #İran #ABŞ #Donald Tramp #Tehran #Pentaqon #Tramp administrasiyası #Tramp administrasiyası və Pentaqon #Nüvə obyektlərinə hücum riski #Nətənz nüvə obyekti
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Qəzzada beynəlxalq sabitlik qüvvələri tezliklə ərazidə fəaliyyətə başlayacaq - Tramp

    7 Noyabr 2025 12:01

    Yağış yağmazsa, Tehranı boşaltmaq məcburiyyətində qalacağıq - Pezeşkian

    7 Noyabr 2025 09:20

    İsrail Qəzzaya yardım əvəzinə cips və şokolad göndərir

    7 Noyabr 2025 04:00

    Sudanda atəşkəs elan edildi

    7 Noyabr 2025 02:00

    Ceyhun Bayramov NATO nümayəndə heyəti ilə görüşüb

    6 Noyabr 2025 18:34

    İran, Çin və Rusiya səfirləri Vyanada nüvə məsələsi üzrə üçtərəfli görüş keçirib

    6 Noyabr 2025 12:28

    Tarifələrin ləğvi bütün dünyanı böhrana sürükləyə bilər - Tramp

    6 Noyabr 2025 12:04

    ABŞ-ın Qəzza ilə bağlı BMT qətnamə layihəsinə Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ dəstək verib

    6 Noyabr 2025 09:38

    Tramp deyir ki,Məmdani ağıllı olsun

    6 Noyabr 2025 08:55

    C5+1 formatı Azərbaycanla birlikdə C6 formatına çevrilməlidir - Riçard Hoqland

    5 Noyabr 2025 20:17

    İranın BMT-dəki daimi nümayəndəsi Trampın nüvə açıqlamalarına görə xəbərdarlıq edib

    5 Noyabr 2025 12:03

    Məhəmməd Şiə əs-Sudani ikinci dəfə Baş nazir olacaqmı?

    5 Noyabr 2025 09:00
    Demo
    XƏBƏR LENTİ

    Bu gün Hitlerin həyatına sui-qəsd cəhdi uğursuz oldu

    Tarixdə bu gün - 8 noyabr

    Azərbaycan XİN Zəfər Günü ilə bağlı bəyanat yayıb

    Zəfər xronikası. 8 noyabr 2020-ci il: Prezident İlham Əliyev xalqa müraciətində Şuşanın azad olunduğunu açıqlayıb

    Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

    Azərbaycanda Zəfər Günü qeyd olunur

    Bu gün Zəfər Günüdür

    44 günlük Vətən müharibəsinin xronikası: 8 noyabr

    Təbrizdə Zəfər Günü ilə bağlı tədbir keçirilib

    Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.