BAKI, AzerVoice
Çin Tayvana təzyiqi artırır - Ada ətrafında 29 təyyarə və 6 döyüş gəmisi müşahidə edilib.
AzerVoice xəbər verir ki, Tayvan
Müdafiə Nazirliyi Çinə məxsus 29 hərbi təyyarənin və 6 döyüş
gəmisinin adanın ətrafında müşahidə edildiyini açıqlayıb.
Təyyarələrdən 17-si Tayvan boğazında tərəflərin təsir zonalarını
ayırdığı qəbul edilən orta xətti keçib və Tayvanın hava hücumundan
müdafiə kimlik zonasına (ADIZ) daxil olub.
Uçuşlar Tayvanın şimal, mərkəz, cənub-qərb və şərq hissələrində qeydə alınıb. Eyni zamanda, Çin donanmasına aid 6 döyüş gəmisinin də ada ətrafında olduğu bildirilib. Tayvan ordusu vəziyyəti izlədiyini və lazımi tədbirləri gördüyünü açıqlayıb.
Qeyd edək ki, Çin Tayvanı öz ərazisinin ayrılmaz tərkib hissəsi hesab edir. 1949-cu ildə vətəndaş müharibəsi nəticəsində materik Çinlə yolları ayrılan Tayvan de-fakto müstəqil fəaliyyət göstərir. Pekin administrasiyası son illərdə Tayvana qarşı hərbi təzyiqləri artırıb və adanı istənilən vasitə ilə, o cümlədən güc tətbiq etməklə materiklə birləşdirməyə çalışacağını bildirib.