BAKI, AzerVoice
Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ Prezidenti Donald Tramp NATO sammiti çərçivəsində Haaqada keçirilən görüş zamanı Ukraynada atəşkəs məsələsini müzakirə ediblər.
AzerVoice xəbər verir ki, bu barədə Zelenski öz "Telegram" kanalında bildirib.
“Prezident [Donald] Trampla uzun və məzmunlu görüş keçirdik. Həqiqətən də əhəmiyyətli olan bütün məsələləri əhatə etdik. Cənab Prezidentə və Amerika Birləşmiş Ştatlarına təşəkkür edirəm. Atəşkəsə və həqiqi sülhə necə nail olmaq barədə danışdıq” - deyə, Zelenski qeyd edib.
O, görüşün detalları barədə məlumatın sonradan açıqlanacağını bildirib.