BAKI, AzerVoice
Yaponiya və Cənubi Koreya liderləri NATO Sammitinə Yaxın Şərqdəki gərginlik səbəbilə qatılmayacaqlar.
AzerVoice xəbər verir ki, ABŞ-ın İrana
qarşı hücumlarından sonra bölgədə artan qeyri-müəyyənlik və
təhlükəsizlik narahatlıqları Yaponiyanın baş naziri İşiba Şiqeru və
Cənubi Koreya prezidenti Li Jae-Myunqun NATO Sammitinə şəxsən
qatılmamaq qərarına səbəb olub.
Onların əvəzinə tədbirdə müvafiq yüksək səviyyəli nümayəndələrin
iştirak edəcəyi bildirilib.
“Japan Times” qəzetinin məlumatına görə, Yaponiyanın Xarici İşlər Nazirliyi 24–25 iyun tarixlərində Haaqa şəhərində keçiriləcək sammitlə bağlı açıqlama verərək baş nazir İşibanın iştirak etməyəcəyini təsdiqləyib. Onun yerinə xarici işlər naziri İwaya Takeşi tədbirə qatılacaq.
Cənubi Koreya tərəfi də oxşar qərar qəbul edib. “Yonhap” agentliyinin xəbərinə əsasən, prezident Li Yaxın Şərqdəki gərginliyi və daxili prioritetləri nəzərə alaraq tədbirdə iştirak etməyəcək. Prezidentin yerinə milli təhlükəsizlik müşaviri Wi Sung-lac Haaqadakı sammitdə Cənubi Koreyanı təmsil edəcək.
Bundan əlavə, “ABC News”un məlumatına görə, Avstraliyanın baş naziri Entoni Albanese də NATO Sammitində iştirak etməyəcək liderlər arasında yer alır.
Qeyd edək ki, ABŞ-ın İrandakı nüvə obyektlərinə hücumları bölgədə siyasi və diplomatik gərginliyi artıraraq qlobal tədbirlərə də təsir göstərməkdədir.