Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    Tramp- Putin telefon danışığında heç bir irəliləyiş əldə olunmayıb

    4 İyul 2025 10:15
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp arasında baş tutan və dünyanın diqqətlə izlədiyi telefon danışığı gözləntiləri doğrultmayıb.

    AzerVoice xəbər verir ki , Tramp görüşdən sonra "heç bir irəliləyiş əldə olunmadığını" etiraf edib.

    Kremlin yaydığı açıqlamaya əsasən, Putin Ukrayna ilə bağlı hədəflərindən əl çəkməyəcəyini bildirib.

    Telefon danışığı bir saat davam etsə də, nəticə verməyib. Tramp jurnalistlərə açıqlamasında "Görüş uzun və əhatəli oldu. Lakin bu gün onunla heç bir irəliləyiş əldə edə bilmədim" - deyib. ABŞ-ın Ukraynaya silah yardımlarını davam etdirdiyini bildirən Tramp, eyni zamanda ölkəsinin təhlükəsizliyi üçün daxili silahlanma prioritetinin də vacib olduğunu qeyd edib.

    Kremlin xarici siyasət müşaviri Yuri Uşakov isə bildirib ki, Putin ABŞ prezidentinə Ukrayna böhranının köklü səbəblərinin aradan qaldırılmasının hələ də Rusiya üçün əsas məqsəd olduğunu çatdırıb. Putin həmçinin Rusiya və Ukrayna arasında İstanbulda aparılmış danışıqlara istinad edib və Moskvanın bu formatda davam etməyə hazır olduğunu bildirib.

    Britaniya mediası isə görüşü "Tramp üçün diplomatik uğursuzluq" kimi qiymətləndirib. “Express” qəzeti yazıb ki, Putin Trampın mövqeyini sərt şəkildə rədd edib və ABŞ prezidentini faktiki olaraq danışıqlar masasından uzaqlaşdırıb.

    Qeyd edək ki, görüş, ABŞ Müdafiə Nazirliyinin Ukraynaya bəzi hərbi yardımları dondurması qərarının ardından baş tutub. Bu isə Rusiyanın mövqeyini daha da sərtləşdirmiş kimi görünür.

    Kreml həmçinin Trampı 4 İyul – ABŞ-ın Müstəqillik Günü münasibətilə təbrik edib və iki ölkənin tarixi müttəfiqliyinə diqqət çəkib. Putinin, “Rusiya Amerikanın dövlətçiliyində mühüm rol oynayıb” sözləri isə diqqət çəkən mesajlardan biri olub.

    #İstanbul #Rusiya #ABŞ #Vladimir Putin #Donald Tramp #Ukrayna #ABŞ-Ukrayna münasibətləri #ABŞ-Rusiya münasibətləri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Qəzzada beynəlxalq sabitlik qüvvələri tezliklə ərazidə fəaliyyətə başlayacaq - Tramp

    7 Noyabr 2025 12:01

    Türkiyədə futbolçular və hakimlər mərclik iddiaları ilə saxlanılıb

    7 Noyabr 2025 10:34

    İsrail Qəzzaya yardım əvəzinə cips və şokolad göndərir

    7 Noyabr 2025 04:00

    Sudanda atəşkəs elan edildi

    7 Noyabr 2025 02:00

    İraqlılar Rusiya ordusuna necə cəlb olunur?

    6 Noyabr 2025 20:17

    Ceyhun Bayramov NATO nümayəndə heyəti ilə görüşüb

    6 Noyabr 2025 18:34

    Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova TRT World Forum 2025-də iştirak edib

    6 Noyabr 2025 16:51

    İran, Çin və Rusiya səfirləri Vyanada nüvə məsələsi üzrə üçtərəfli görüş keçirib

    6 Noyabr 2025 12:28

    Tarifələrin ləğvi bütün dünyanı böhrana sürükləyə bilər - Tramp

    6 Noyabr 2025 12:04

    ABŞ-ın Qəzza ilə bağlı BMT qətnamə layihəsinə Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ dəstək verib

    6 Noyabr 2025 09:38

    Tramp deyir ki,Məmdani ağıllı olsun

    6 Noyabr 2025 08:55

    Rusiya nüvə sınaqlarına hazırlaşır

    6 Noyabr 2025 02:00
    Demo
    XƏBƏR LENTİ

    Bu gün Hitlerin həyatına sui-qəsd cəhdi uğursuz oldu

    Tarixdə bu gün - 8 noyabr

    Azərbaycan XİN Zəfər Günü ilə bağlı bəyanat yayıb

    Zəfər xronikası. 8 noyabr 2020-ci il: Prezident İlham Əliyev xalqa müraciətində Şuşanın azad olunduğunu açıqlayıb

    Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

    Azərbaycanda Zəfər Günü qeyd olunur

    Bu gün Zəfər Günüdür

    44 günlük Vətən müharibəsinin xronikası: 8 noyabr

    Təbrizdə Zəfər Günü ilə bağlı tədbir keçirilib

    Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.