BAKI, AzerVoice
Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli, Kərkükdə son günlərdə baş verənlərlə bağlı açıqlama verib.
AzerVoice xəbər verir ki, Keçeli, Kərkükün Altunköprü rayonunda təyin edilən yeni müdürün Türk olmayan bir şəxs olduğunu və bunun türklər arasında narazılığa səbəb olduğunu bildirib.
"Türk mənşəli soydaşlarımızın İraq siyasətində və dövlət quruluşunda layiqincə təmsil olunması bizim əsas gözləntimizdir. Bu, xüsusilə Kərkükdə, Şəhər Məclisi başda olmaqla bütün dövlət qurumlarında ediləcək təyinatlar və vəzifə dəyişiklikləri baxımından böyük əhəmiyyət daşıyır"- deyə Keçeli vurğulayıb.
Kərkükün etnik və dini müxtəlifliyi ilə İraqın kiçik bir modeli olduğunu qeyd edən Keçeli, bu şəhərin sabitliyinin yalnız Kərkük üçün deyil, bütövlükdə İraqın sülhü və sabitliyi baxımından strateji əhəmiyyət daşıdığını bildirib.
O, həmçinin, Kərkükdəki hadisələrin Türkiyə tərəfindən yaxından və həssaslıqla izlənməyə davam edəcəyini vurğulayıb.