Əsas səhifə » ABŞ Yaxın Şərqəki bazalarında təhlükəsizlik tədbirləri görür

ABŞ Yaxın Şərqəki bazalarında təhlükəsizlik tədbirləri görür

BAKI, AzerVoice

ABŞ Silahlı Qüvvələri, İsraillə İran arasında davam edən münaqişə fonunda Yaxın Şərqdəki hərbi obyektlərini qorumaq məqsədilə bir sıra tədbirlər həyata keçirib.

AzerVoice xəbər verir ki, bu barədə CNN telekanalı ABŞ Müdafiə Nazirliyindəki mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, ABŞ-ın Qətərdə yerləşən Əl-Udeyd hava bazasından bütün müdafiəsiz hərbi təyyarələr çıxarılıb. Peyk görüntüləri də həmin ərazinin hazırda tamamilə boş olduğunu təsdiqləyib. Eyni zamanda, ABŞ-ın Bəhreyndəki hərbi-dəniz bazasında yerləşən bütün gəmilər də bazadan uzaqlaşdırılıb.

Mənbələrdən biri bu addımı “ağıllı və qabaqlayıcı tədbir” kimi qiymətləndirib. Bildirilib ki, bu qərar, İranın ABŞ bazalarına və hərbi kontingentinə qarşı zərbələr endirəcəyinə dair verdiyi hədələrə cavab olaraq verilib.

Hazırda təyyarələrin və gəmilərin konkret olaraq hara köçürüldüyü barədə rəsmi məlumat verilməyib.

Xatırladaq ki, Tehran ABŞ-ın İsrailin İranın nüvə obyektlərinə hücumlarına qoşulacağı təqdirdə cavab tədbirləri görəcəyini bəyan etmişdi.

Digər Kateqoriyalar

2025 © Azervoice