Əsas səhifə » İsrail-İran gərginliyi yalnız diplomatik yolla həll oluna bilər - Si Cinpin və Putin

İsrail-İran gərginliyi yalnız diplomatik yolla həll oluna bilər - Si Cinpin və Putin

BAKI, AzerVoice

Çin Xalq Respublikasının Sədri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putin arasında keçirilən telefon danışığında Yaxın Şərqdəki son gərginlik, xüsusilə İsrail-İran qarşıdurması müzakirə olunub.

AzerVoice xəbər verir ki, Çin lideri Si Cinpin bildirib ki, bölgədə atəşkəs təcili prioritet olmalıdır və beynəlxalq münaqişələrin həllində güc tətbiqi düzgün yol deyil. O, münaqişələrin dinc və diplomatik yollarla həllinin vacibliyini vurğulayıb.

Kremlin mətbuat xidmətindən yayılan açıqlamada isə qeyd edilib ki, Prezident Vladimir Putin söhbət zamanı İranın nüvə proqramı ilə bağlı məsələlərin hərbi yolla deyil, siyasi və diplomatik vasitələrlə həllinin mümkün olduğunu bildirib.

Qeyd edək ki, iyunun 13-də İsrail İranın müxtəlif şəhərlərindəki nüvə obyektləri və hərbi rəhbərlik mərkəzlərinə genişmiqyaslı hücumlar həyata keçirib. Hücumlar nəticəsində İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, İnqilab Keşikçiləri Korpusunun rəhbərliyi, 9 nüvə alimi və 224-dən çox mülki və hərbi şəxs həyatını itirib. İran da cavab olaraq İsrailə ballistik raketlər atıb. Qarşılıqlı hücumlar nəticəsində İsraildə 24 nəfər ölüb, 500-dən çox insan yaralanıb.

Başda Türkiyə olmaqla, bir sıra ölkələr İsrailin bu hücumlarını sərt şəkildə pisləyib.

Digər Kateqoriyalar

2025 © Azervoice