Əsas səhifə » İranın xarici işlər naziri Türkiyəyə səfər edəcək

İranın xarici işlər naziri Türkiyəyə səfər edəcək

BAKI, AzerVoice

İranın xarici işlər naziri Abbas Ərakçi İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının iclası üçün İstanbula səfər edəcək. İyunun 21-22-də İstanbulda keçiriləcək Şura çərçivəsində Ərakçinin nazir Fidanla da görüşü gözlənilir.

AzerVoice xəbər verir ki, İsrail və İran qüvvələri arasında münaqişə davam etdiyi bir vaxtda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 21-22 iyun tarixlərində İstanbulda iclası keçiriləcək.

Bu sessiyada İranın xarici işlər naziri Abbas Ərakçinin də iştirakı gözlənilir.

Danışıqlar çərçivəsində xarici işlər naziri Hakan Fidan və Ərakçinin görüşəcəyi gözlənilir.

Digər Kateqoriyalar

2025 © Azervoice