Əsas səhifə » Ziyəddin Hüseynov Rusiya hüquq-mühafizə orqanlarının avtomobilində ölüb - Baş Prokurorluq

Ziyəddin Hüseynov Rusiya hüquq-mühafizə orqanlarının avtomobilində ölüb - Baş Prokurorluq

Bakı. AzerVoice

Cinayət işində şahid olan şəxslər dindirilib, Dövlət Miqrasiya Xidmətindən müvafiq rəylər alınmış, çoxsaylı digər istintaq hərəkətləri həyata keçirilib.

AzerVoice xəbər verir ki, bunu Rusiyada qətlə yetirilən azərbaycanlıların cinayət işi ilə bağlı mətbuat konfransında Baş Prokurorluğun İstintaq idarəsinin müstəntiqi Pərviz Cəlilov deyib.

Onun sözlərinə görə, Ziyəddin Hüseynov 27 iyunda öz evində saxlanılan zaman bədənində ciddi xəsarətlər olmayıb:

"Ziyəddin Hüseynov avtomobildə və aparıldığı yerdə fiziki zorakılıqla aldığı xəsarətlər nəticəsində öldürülüb."

Ramin Səfərov da 27 iyunda Rusiya Federasiyasında fiziki zorakılığa məruz qalan şəxslərdən biridir.

Digər Kateqoriyalar

2025 © Azervoice