Əsas səhifə » ABŞ hələ ki İrana qarşı hərbi əməliyyata qoşulmağı planlaşdırmır - rəsmilər

ABŞ hələ ki İrana qarşı hərbi əməliyyata qoşulmağı planlaşdırmır - rəsmilər

BAKI, AzerVoice

İsrailli rəsmilər hesab edirlər ki, ABŞ hələ də İrana qarşı həyata keçirilən hərbi əməliyyata qoşula bilər, lakin hazırda Vaşinqton administrasiyası bu ehtimalı istisna edir.

AzerVoice xəbər verir ki, bu barədə məlumatı ABŞ-ın “Axios” portalı yayıb.

Məlumata görə, ABŞ hələ də əməliyyata qoşula bilər və ABŞ Prezidenti Donald Tramp zərurət yaranacağı təqdirdə bunu edəcəyinə dair İsrailin baş naziri Benyamin Netanyahuyla hücumdan əvvəlki günlərdə danışığında eyham vurub. Lakin Ağ Evin nümayəndələri bu iddiaları təkzib ediblər. ABŞ rəsmiləri “Axios”a bildiriblər ki, “ABŞ-ın hal-hazırda İrana qarşı hərbi əməliyyata birbaşa qoşulmaq niyyəti yoxdur”.

Xatırladaq ki, İsral Hərbi Hava Qüvvələri iyunun 13-də İran ərazisinə hava zərbələri endiriblər. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas keçirməsini istəyib.

Bu hücumlara cavab olaraq isə İran Ordusu İsrailə qarşı "Doğru vəd 3" adlı əməliyyat keçirib. Təl-Əviv, Qüds və digər bölgələrə yüzlərlə ballistik raket buraxılıb.

Digər Kateqoriyalar

2025 © Azervoice