Əsas səhifə » İsraildə Ben Qurion hava limanı münaqişə səbəbilə uçuşlara bağlanıb

İsraildə Ben Qurion hava limanı münaqişə səbəbilə uçuşlara bağlanıb

BAKI, AzerVoice

İsraildə Ben Qurion hava limanı İranla gərginlik səbəbindən uçuşlara bağlanıb.

AzerVoice xəbər verir ki, İsrailin Təl-Əviv yaxınlığında yerləşən Ben Qurion beynəlxalq hava limanı İranla münaqişə fonunda müvəqqəti olaraq uçuşlara bağlanıb.

Bu barədə İsrail Hava Limanları İdarəsi məlumat yayıb.

Rəsmi açıqlamada bildirilib ki, hava limanı hər iki istiqamətdə uçuşlar üçün növbəti xəbərdarlığa qədər fəaliyyətini dayandırır. Aviaşirkətlərdən bilet almış sərnişinlərə isə Ben Quriona gəlməmələri və yenilənən məlumatları izləmələri tövsiyə olunub.

İranla artan gərginlik səbəbilə dünən İsrailə məxsus sərnişin təyyarələri təxliyə edilib. Yunan mətbuatı bildirir ki, bir çox İsrail təyyarəsi Cənubi Kipr Rum Administrasiyasının Larnaka və Pafos hava limanlarına eniş edib.

Qeyd edək ki, bölgədəki hərbi-siyasi gərginlik İsrailin hava nəqliyyatı sisteminə də təsir göstərməkdədir.

Digər Kateqoriyalar

2025 © Azervoice