Əsas səhifə » İsrailin hava zərbələri nəticəsində İranda 20 uşaq həlak olub

İsrailin hava zərbələri nəticəsində İranda 20 uşaq həlak olub

BAKI, AzerVoice

İsrailin hava hücumu nəticəsində Tehranda yerləşən “Şəhid Çamran Taun” yaşayış kompleksindəki binanın bir hissəsi uçub.

AzerVoice xəbər verir ki, hadisə nəticəsində ümumilikdə 60 nəfər həlak olub, onların arasında 20 uşaq da var.

14 mərtəbəli yaşayış binasının zərbə nəticəsində qismən çökməsi, orada yaşayan iranlı hərbçilər və nüvə alimlərinin ailələrinin həyatına son qoyub. Qeyd olunur ki, bina birbaşa hədəf alınmasa da, zərbə dalğası nəticəsində struktur dayanıqlığını itirib.

İran tərəfi 14 iyun gecəsi İsrailə qarşı hərbi əməliyyat başladığını açıqlayıb. Bu, İsrailin ötən günlərdə İran ərazisinə yönəltdiyi hücumlara cavab olaraq həyata keçirilib. Cavab tədbirləri çərçivəsində İsrailə yüzlərlə ballistik raket atılıb.

Bundan əvvəl yayılmış peyk görüntülərində Tehrandakı Mehrabad hava limanının da İsrailin zərbələri nəticəsində zədələndiyi və bir neçə təyyarənin məhv edildiyi görünürdü.

Hazırda bölgədə humanitar itkilər artır, İranın cavab hücumları davam edərkən beynəlxalq ictimaiyyət münaqişənin genişlənməsindən ciddi narahatlıq keçirir.

Digər Kateqoriyalar

2025 © Azervoice