Əsas səhifə » İranda aeroportların fəaliyyəti naməlum müddətə dayandırılıb

İranda aeroportların fəaliyyəti naməlum müddətə dayandırılıb

BAKI,AzerVoice

İranda aeroportların fəaliyyəti naməlum müddətə qədər dayandırılıb.

AzerVoice xəbər verir ki, bu, İranın Aeroportlar və Hava Nəqliyyatı Şirkətinin bildirişində qeyd olunub.

Məlumatda qeyd olunur ki, İranın Mülki Aviasiya Təşkilatı tərəfindən verilən qərara əsasən, vətəndaşların təhlükəsizliyinin qorunması ilə əlaqədar ölkənin heç bir aeroportundan uçuş həyata keçirilməyəcək.

Məlumatda yeni qərar olduğu halda bununla əlaqədar ictimaiyyətə açıqlama veriləcəyi qeyd olunub.

Qeyd edək ki, ötən gün İranın Mülki Aviasiya Təşkilatı 14 iyun saat 14:00-dək ölkə ərazisində bütün uçuşların dayandırıldığını qeyd edib.

Ölkədə uçuşların dayandırılmasına İran və İsrail arasında yaşanan konflikt səbəb olub.

Qeyd edək ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas keçirməsini istəyib.

Əlavə edək ki, ötən 13 iyun axşam saatlarında İran İsrailə qarşı “Doğru Vəd 3” hərbi hava əməliyyatının başladığını və İsraildə hərbi obyektlərin vurulduğunu bildirib.

Digər Kateqoriyalar

2025 © Azervoice