BAKI, AzerVoice
Silahlı qüvvələr qətiyyətlə hərəkət edəcək və alçaq Sionist rejimi layiqincə cəzalandıracaq.
AzerVoice xəbər verir ki, bu sözlər İranın Ali Dini lideri Ayətullah Seyid Əli Xameneinin verdiyi açıqlamada yer alıb.
“İsrailin törətdiyi bu cinayət cəzasız qalmayacaq. İran xalqı əmin olsun ki, bu məsələ ilə bağlı heç bir güzəştə gedilməyəcək” - deyə, o bildirib.
Xatırladaq ki, İsral Hərbi Hava Qüvvələri bugün səhər saatlarında İran ərazisinə hava zərbələri endiriblər. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas keçirməsini istəyib. Eyni zamanda İran tərəfi İsrailə cavab hücumunun həyata keçiriləcəyini bildirir.