Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    Vitkoff Oman danışıqlarında iştirak niyyətini açıqlayıb

    13 İyun 2025 12:03
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Trampın nümayəndəsi Omandakı İran görüşündə iştirak etmək niyyətindədir.

    AzerVoice xəbər verir ki, ABŞ-ın sabiq prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff iyunun 15-də Omanda keçirilməsi planlaşdırılan İranla bağlı görüşdə iştirak etmək niyyətindədir.

    Bu barədə New York Times qəzeti adının açıqlanmasını istəməyən bir rəsmiyə istinadən məlumat yayıb.

    Qeyd olunur ki, İsrailin bu gün səhər saatlarında İranın Tehran, Təbriz, İsfahan, Luristan və Kirmanşah şəhərlərindəki obyektlərə, o cümlədən Natanz Nüvə Müəssisəsinə həyata keçirdiyi hücumlardan sonra ABŞ-İran nüvə danışıqlarının taleyi qeyri-müəyyən vəziyyətə düşüb. İran tərəfi artıq hücumlara cavab olaraq danışıqları dayandırdığını açıqlayıb.

    Tramp hücumdan sonra verdiyi açıqlamada “İranın nüvə bombasına sahib olmasına imkan verməyəcəyik. Ümid edirik ki, tərəflər danışıqlar masasına qayıdacaq. Bəzi şəxslər artıq geri qayıtmayacaq (ölənlər var)” deyə bildirib.

    Qeyd edək ki, ABŞ və İran arasında davam edən nüvə müzakirələrinin əvvəlki mərhələləri Maskat və Romada baş tutub. Əsas mübahisə doğuran məsələ isə Tehranın uran zənginləşdirmə fəaliyyətidir. ABŞ bu fəaliyyətlərin tam dayandırılmasını, İran isə sanksiyaların qaldırılması müqabilində müəyyən dərəcədə zənginləşdirməyə icazə verilməsini istəyir. Gərginliyin fonunda Omandakı danışıqların baş tutub-tutmayacağı hələlik açıq qalır.

    #İran #ABŞ #Donald Tramp #Oman #İran-ABŞ münasibətləri #ABŞ-ın Yaxın Şərq üzrə elçisi Steve Witkoff #İranın nüvə danışıqları #İran-ABŞ gərginliyi #ABŞ-İran arasında nüvə danışıqları #İran ABŞ diplomatiyası #İran-ABŞ əlaqələri #Oman vasitəçiliyi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Nyu Yorkun məşhur parkında Azərbaycanın Dövlət Bayrağı ucaldılıb (FOTO)

    9 Noyabr 2025 20:15

    Livanda İranın Hizbullaha maliyyəsini kəsmək üçün tarixi imkan yaranıb – ABŞ rəsmisi

    9 Noyabr 2025 18:28

    ABŞ-la hazırda danışıqlar mümkün deyil - İran

    9 Noyabr 2025 18:24

    Türkiyədən İrana sement ixracı 6 milyon dolları keçib (ÖZƏL)

    9 Noyabr 2025 17:00

    Çin raket arsenalını genişləndirir

    8 Noyabr 2025 22:40

    Bayden İsrailin hüquq pozuntuları ilə bağlı məlumatları görməzlikdən gəlib

    8 Noyabr 2025 21:00

    Qəzzada beynəlxalq qüvvələrin yerləşdirilməsi çox yaxındadır - Tramp

    8 Noyabr 2025 12:08

    Pakistanla sərhəd ticarətinin genişlənməsi təhlükəsizliyi möhkəmləndirəcək - İran

    8 Noyabr 2025 11:55

    Qəzzada beynəlxalq sabitlik qüvvələri tezliklə ərazidə fəaliyyətə başlayacaq - Tramp

    7 Noyabr 2025 12:01

    Yağış yağmazsa, Tehranı boşaltmaq məcburiyyətində qalacağıq - Pezeşkian

    7 Noyabr 2025 09:20

    İsrail Qəzzaya yardım əvəzinə cips və şokolad göndərir

    7 Noyabr 2025 04:00

    Sudanda atəşkəs elan edildi

    7 Noyabr 2025 02:00
    Demo
    XƏBƏR LENTİ

    Tarixdə bu gün - 10 noyabr

    Ermənistanın kapitulyasiya aktına imza atmasından beş il ötür

    Gəncə Avropa çempionatına ev sahibliyi edir (FOTO)

    Dünyanın İlk Universitetinin Qurucusu Müsəlman Qadın: Fatimə əl-Fihri kim idi?

    İslamda bədənə qulluq olarmı?

    “Qarabağ” Azərbaycan derbisində “Neftçi”yə qalib gəlib

    Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib (VİDEO)

    Nyu Yorkun məşhur parkında Azərbaycanın Dövlət Bayrağı ucaldılıb (FOTO)

    Gədəbəydə yaşayış binasında yanğın olub

    Livanda İranın Hizbullaha maliyyəsini kəsmək üçün tarixi imkan yaranıb – ABŞ rəsmisi

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.