BAKI, AzerVoice
Hindistanda sərnişin təyyarəsi qəzaya uğrayıb.
AzerVoice xəbər verir ki, Hindistanın
Əhmədabad şəhərində Air India aviaşirkətinə məxsus sərnişin
təyyarəsi qəzaya uğrayıb.
Təyyarənin göyərtəsində İngiltərənin Birmingem şəhərinə uçan zaman
200-dən çox sərnişin olub.
Qəzanın səbəbi barədə hələlik rəsmi açıqlama verilməyib. Hadisə yerinə təcili yardım və axtarış-xilasetmə qrupları cəlb olunub. Sərnişinlərin vəziyyəti və mümkün itkilərlə bağlı məlumatlar dəqiqləşdirilir.
Qeyd edək ki, Air India Hindistanın milli aviadaşıyıcısı olaraq beynəlxalq uçuşlar həyata keçirən ən böyük hava yollarından biridir.