BAKI, AzerVoice, Nailə Babazadə
2025-ci ilin oktyabr ayında Türkiyənin Van Hava Limanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 26 faiz azalaraq, 1 milyon 4 min 501 nəfər olub.
Bu barədə AzerVoice -ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin oktyabr ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2024-cü ilin analoji dövrü ilə müqayisədə 26 faiz azalaraq,999 min 990 nəfər, beynəlxalq reyslər üzrə isə 19 faiz artaraq 4 min 511 nəfər təşkil edib.
2025-ci ilin oktyabr ayında hava limanının yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 27 faiz azalaraq 9 min 975 ton təşkil edib. Bununla yanaşı, 2025-ci ilin oktyabr ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 27 faiz azalaraq, 9 min 882 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 1,1 dəfə artaraq, 94 ton təşkil edib.
Məlumata əsasən, hava limanından 2025-ci ilin oktyabr ayında həyata keçirilən uçuşların sayı 2024-cü ilin oktyabr ayı ilə müqayisədə 36 faiz azalaraq, 10 min 813 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 36 faiz artaraq 10 min 765, beynəlxalq reyslər üzrə də 45 faiz azalaraq 48 olub.
2025-ci ilin oktyabr ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 211 milyon 111 min 374 nəfər, yük daşınması isə 4 milyon 325 min 634 ton təşkil edib.
Xatırladaq ki, 2024-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 220 milyon 987 min 163 nəfər, yük daşınması isə 4 milyon 941 min 729 ton təşkil edib.