Əsas səhifə » İsrail Ukraynaya Patriot tədarükünü rədd edir

İsrail Ukraynaya Patriot tədarükünü rədd edir

BAKI,AzerVoice

İsrail, Ukraynaya Patriot hava hücumundan müdafiə (PXM) sistemləri göndərmədiyini açıqlayıb.

AzerVoice xəbər verir ki, bu barədə İsrailin Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Bəyanatda, "İsrail Ukraynaya belə sistemlər göndərməyib" deyilir.

Əvvəllər, İsrailin Kiyevdəki səfiri Mixail Brodski, İsrailin ABŞ istehsalı olan Patriot PXM sistemlərini Ukraynaya verdiyini bildirib.

Bu bəyanatdan sonra, Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin müavini Aleksey Çepa, əgər İsrail həqiqətən də Ukraynaya Patriot sistemləri göndəribsə, bunun Rusiyaya "digər ölkələrə silah vermək hüququ" verdiyini vurğulayıb.

Digər Kateqoriyalar

2025 © Azervoice