Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Baş xəbər

    Roma qadınları və biznes fəaliyyəti

    7 İyun 2025 22:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

    Roma qadınları hüquqi, ideoloji və mədəni məhdudiyyətlərlə üzləşirdilər; qadınların Romada rolu ilə bağlı dərin köklü ənənələr onları zəif iradəli və zəif düşüncəli kimi təqdim edirdi.

    Məşhur dövlət xadimi Marcus Porcius Cato (e.ə. 234–149) eramızdan əvvəl 195-ci ildə Romanın Senatında etdiyi çıxışında bildirmişdi ki, Roma əcdadları qadınların hər hansı iş görməsinə, hətta şəxsi işlərinə belə kişi qəyyumluğu olmadan icazə vermək istəməmişlər. Çünki qadın həmişə ya atasının, ya ərinin, ya da “tutela mulierum” adlı qəyyumluğun himayəsində olmalı idi.

    Qəyyumluq

    “Tutela mulierum” öz adına mülk sahibi olan qadınlara aid qəyyumluq idi. Belə qadınlar nə atasının, nə də ərinin tam hakimiyyətində sayılırdı. Qəyyumun əsas vəzifəsi qadının miras almış əmlakını qorumaq idi. O, əmlakı idarə etmirdi, ancaq qadının böyük hüquqi və maliyyə əməliyyatlarını təsdiqləməli idi.

    Müəyyən dövrdə “tutores legitimi” adlanan xüsusi qəyyumlar da vardı; onlar qadının ata tərəfli yaxın qohumları olurdu və daha böyük səlahiyyətə malik idilər. Bu isə bəzən sui-istifadəyə yol açır, qəyyumlar əmlakı öz mənafeyinə uyğun şəkildə istifadə edə bilirdilər. Roma imperatoru Klaudi (41–54-cü illər) dövründə bu qayda ləğv edildi.

    Hətta qadın müstəqil olsa belə, onun əmlak əməliyyatlarını bir kişi yoxlaya bilərdi. Eramızın 9-cu ilində imperator Avqust tərəfindən qəbul edilən “ius liberorum” qanununa əsasən, üç uşaq doğmuş azad qadınlar qəyyumluqdan azad edilirdi. Bu qanun Avqustun evlilik və ailə siyasətinin bir hissəsi idi. Bu qanun göstərirdi ki, qəyyumluq kifayət qədər sərt mexanizm hesab edilirdi və ondan azad olunmaq qadınlar üçün böyük təşviq idi.

    Uşaqların doğuş zamanı vəfat etməsi tez-tez baş verdiyi üçün Roma cəmiyyətində doğum səviyyəsi yüksək saxlanmalı idi. Əksər qadınlar çoxsaylı hamiləliklər yaşayırdı. Təxminən demək olar ki, çox qadın üç uşaq tələbinə cavab verə bilirdi.

    Bu qanunun qadınların hüquqlarını artırması barədə alimlər arasında fərqli baxışlar mövcuddur. Bəzi alimlər hesab edir ki, bu qanun qadınların hüquqlarının genişlənməsində dönüş nöqtəsi olub. Digərləri isə iddia edir ki, Roma Respublikasında qadınlar onsuz da müəyyən dərəcədə azadlığa malik idilər, sadəcə Avqust bu qanunla sosial praktikanı hüquqi baxımdan təsdiqləmiş oldu. Hər halda, bu qanun qəyyumluqdan azad qadınlar sırasını genişləndirdi. Bu, mühüm hüquqi yenilik idi. Əvvəllər yalnız Vestal rahibələri, Avqustun bacısı Oktaviya və həyat yoldaşı Liviya Drusilla (35-ci ildən xüsusi fərmanla) qəyyumluqdan azad sayılırdı.

    Buna baxmayaraq, çox qadın qəyyumluqda qalırdı. II əsr hüquqşünası Qay (130–180) qeyd edirdi ki, qadınların zəif düşüncəli olduğu və qəyyuma möhtac olduqları fikri əslində yalandır. O, bildirmişdi ki, yetkinlik yaşına çatmış qadınlar əmlak əməliyyatlarını özləri idarə edə bilirdilər, qəyyum bəzən yalnız formal olaraq razılıq verirdi.

    Roma cəmiyyətində qadının iqtisadi gücünün artmasına bir neçə amil təsir edirdi: ata hakimiyyətinin zəifləməsi, qəyyumluq qaydalarının dəyişməsi və “cum manus” nikah forması ilə “sine manus” nikah forması arasındakı fərq. “Cum manus” nikahında qadın ərinin hakimiyyətinə keçirdi, əmlakı da onun idarəsinə verilirdi. Ər vəfat edəndə qadının varislik hüququ uşaqlarına bərabər idi. “Sine manus” nikahında isə qadın atasının hakimiyyətində qalırdı, öz əmlakını qoruyurdu və ərindən hüquqi baxımdan asılı olmurdu.

    Biznes fəaliyyəti

    Qadınlar miraslardan əlavə investisiya və ticarət yolu ilə sərvətlərini artıra bilirdilər. Məsələn, məşhur natiq Çiseronun dostu Kerelliya və Pliniy (61/62–113) qaynanası Pompeya Kelerina böyük sərvətlər qazanmış qadınlardan idilər. Respublika dövründə baş verən vətəndaş müharibəsi zamanı Triumvirlər 1400 zəngin qadının əmlakını müsadirə edərək dövlətin gəlir ehtiyacını qarşılamağa çalışmışdılar. Buna etiraz edən qadınlardan biri, məşhur natiq Hortensiusun qızı Hortensiya idi. O, Senatda qadınların hüquqlarını müdafiə etmiş və qələbə qazanmışdı.

    Bəzi qadınlar bizneslərini şəxsən idarə edirdilər. Digərləri isə kölə və ya azad edilmiş şəxslərdən olan “institores” adlı idarəçilər təyin edirdilər. Bu həm də qadını kişilərlə çox yaxın təmasda olmaqdan qoruyur, ictimai qınaqdan yayındırırdı.

    Puteoli (indiki Pozzuoli) şəhərindəki Sulpicii arxivindən tapılan sənədlər (21–61-ci illər) qadınların maliyyə və kommersiya əməliyyatlarını göstərir. Bu sənədlərdə Domitia Lepida, Seziya Priskilla kimi senator sinfinə mənsub qadınların adları çəkilir. Məsələn, Domitia Lepida imperator Neronun bibisi idi, əmlakları, villaları və taxıl anbarları vardı. Seziya Priskillanın bank hesabında isə 24 min sestertius dövriyyəsi qeydə alınıb.

    Roma qadınları getdikcə daşınmaz əmlak sahəsində də sərmayələr yatırırdılar. İunia Libertas adlı qadının qəbir daşı üzərində onun çoxsaylı əmlak portfelinə malik olduğu qeyd olunur. Çiseronun həyat yoldaşı Terensiya meşəlik sahələrə, icarəyə verilən mənzillərə sahib idi. Çiseron onu “kişilər kimi” ticarətlə məşğul olmaqda tərifləyirdi. Varro öz xalası haqqında yazırdı ki, o, quşçuluq təsərrüfatı ilə məşğul olur və yüksək gəlir əldə edirdi. Plutarx isə Sullanın qızı Korneliya Faustanın əmlak alqı-satqısından gəlir götürərək uğurlu biznes fəaliyyəti göstərdiyini qeyd edir.

    Sənaye

    Qadınlar müxtəlif sahələrdə: şərabçılıq, qurğuşun boru istehsalı, dəniz ticarəti, gəmiçilik kreditləri, kərpic istehsalı ilə məşğul olurdular. Kərpic istehsalı Roma iqtisadiyyatında əsas sahələrdən biri idi. Bu sahədə qadınlar kişilərlə bərabər şəkildə fəaliyyət göstərirdilər. Məsələn, imperator Mark Avrelinin anası Domitia Lucilla irsi torpaqlarını kərpic istehsalına yönəltmiş və bu istehsalı idarə etmək üçün 23 nəfər idarəçi saxlamışdı. Onun istehsal etdiyi kərpiclər Roma Forumu, Pantheon və Kolizey kimi monumental binalarda istifadə olunurdu.

    Eyni sahədə Antonia Manliola və Flavia Seia Isaurica kimi qadınların da adları çəkilir. Bu qadınlar da əhəmiyyətli sayda idarəçini işə götürərək böyük istehsalat həcminə malik idilər.

    İstriya bölgəsində (indiki Xorvatiya) Calvia Crispinilla adlı qadın zeytun yağı istehsalı və ixracatı ilə məşğul olurdu. Onun adı zeytun yağı qablarının üzərindəki möhürlərdə dəfələrlə qeyd edilib.

    Roma qadınları iqtisadi həyatda mühüm rol oynayırdılar. Hüquqi və sosial məhdudiyyətlərə baxmayaraq, qadınlar öz sərmayələrini artırmaq və biznes fəaliyyətlərini genişləndirmək üçün müxtəlif sahələrdə uğur qazanırdılar. Alimlər qeyd edirlər ki, qadınların “zəif düşüncəli” olduqları iddiası əksər hallarda ədəbiyyatda şişirdilərək göstərilib və reallığı əks etdirmir. Avqustun qanunları da qadınların qəyyumluqdan qismən azad edilməsinə şərait yaratmışdı. III əsrə aid hüquqşünas Ulpian da qeyd edir ki, qadınlar sərbəst şəkildə biznes fəaliyyəti göstərə və məhkəmələrdə iştirak edə bilirdilər.

    #Roma #Qədim Roma #Roma Statutu #Qədim Roma evlilik adətləri #Roma doğuş ənənələri #Romada mamaçaların rolu #qədim Roma tibb tarixi #Roma hüququ #Roma qadını #Qreko-Roma təsiri #Roma imperiyasında fahişəlik #Qədim Roma cəmiyyətində fahişələrin hüquqi statusu
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İsrail hücumunda 760 illik tarixi müzey dağıdılıb

    18 Noyabr 2025 19:08

    Azərbaycan Ordusunun hərbçisi NATO kursunu müvəffəqiyyətlə bitirib

    10 Noyabr 2025 13:32

    XVI-XVII əsr dövlətlərində kəşfiyyatla bağlı maraqlı məlumatlar

    9 Noyabr 2025 12:46

    Tarixdə bu gün - 31 oktyabr

    31 Oktyabr 2025 00:23

    Allahşükür Paşazadə Romada Əl-Əzhər şeyxi ilə görüşüb

    29 Oktyabr 2025 09:43

    Bu gün İtaliya Almaniyaya müharibə elan etdi

    13 Oktyabr 2025 08:00

    Yaponiya, Böyük Britaniya və İtaliya altıncı nəsil döyüş təyyarəsi mühərriki üzərində çalışır

    11 Sentyabr 2025 13:06

    Hakan Fidan İtaliyaya səfər edəcək

    10 Sentyabr 2025 15:32

    Türkiyəsiz dünya düzəni mümkün deyil - İtalya mətbuatı

    6 Sentyabr 2025 11:56

    Bavariya Çelsinin gənc ulduzunu heyətinə qatmaq istəyir

    29 Avqust 2025 17:55

    AJet-dən yeni marşrut - Ankara-Tbilisi uçuşları başlayır

    27 Avqust 2025 10:00

    Son Roma imperatoru haqqında nə bilirik?

    24 Avqust 2025 10:42
    Demo
    XƏBƏR LENTİ

    Papanın Livana səfəri üçün minlərlə livanlı ölkəyə qayıdır

    Bu gün Papa Fransisk proq-rok albomu buraxdı

    Livan və Cənubi Kipr arasında dəniz əməkdaşlığı razılığı əldə edilib

    Allah adına edilən cinayət - Bu gün Papa Urban II ilk Səlib yürüşünü elan etdi

    Tarixdə bu gün – 27 Noyabr

    Türkiyə Təhlükəsizlik Şurası regionda sülh və sabitliyin təmin edilməsi məsələlərini müzakirə edib

    Ankarada Türkiyə-Azərbaycan əməkdaşlığının gücləndirilməsi məsələləri müzakirə edilib

    Suriya İnterpolla əməkdaşlıq məsələlərini müzakirə edib

    İsrail Qərb sahilində genişmiqyaslı reydlərə başlayıb

    Qvineya Bisauda ordu hakimiyyəti ələ keçirib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.