10
BAKI, AzerVoice
Almaniyanın Bavariya əyalətindəki Passau şəhərində avtomobil bir qrup insanın üzərinə çırpılıb.
AzerVoice-un məlumatına görə, bu barədə Almaniya KİV-i məlumat yayıb.
Məlumata əsasən, hadisəni törədən sürücü saxlanılıb. "Mercedes" markalı avtomobili 48 yaşlı kişi idarə edib. Hadisə nəticəsində beş nəfər xəsarət alıb. Onların arasında sürücünün 38 yaşlı həyat yoldaşı və onların 5 yaşlı qızı olub.
Polis bu hadisənin qəsdən olub-olmamasını araşdırır.