Əsas səhifə » ABŞ BMT-də Qəzza ilə bağlı layihəni bloklayıb

ABŞ BMT-də Qəzza ilə bağlı layihəni bloklayıb

BAKI, AzerVoice

ABŞ, BMT-də Qəzza atəşkəsi ilə bağlı qətnaməyə veto qoyub.

AzerVoice xəbər verir ki, BMT Təhlükəsizlik Şurasının Qəzzada atəşkəsin təmin edilməsinə dair qətnamə layihəsi ABŞ-ın veto qərarı ilə qəbul edilməyib.

Qətnamə layihəsi BMT TŞ-nin 10 qeyri-daimi üzvü tərəfindən imzalanaraq Sloveniya tərəfindən təqdim edilib. Layihədə Qəzzada humanitar vəziyyətə görə dərhal atəşkəsin yaradılması və mülki şəxslərə təcili müdaxilə çağırışı əks olunub. Lakin səsvermə zamanı 14 ölkə lehinə səs versə də, daimi üzv olan ABŞ veto hüququndan istifadə edərək layihəni bloklayıb.

ABŞ-ın BMT-dəki nümayəndəsi Doroti Şi veto qərarını əsaslandıraraq bildirib ki, “ABŞ HƏMAS-ı açıq şəkildə pisləməyən heç bir sənədi dəstəkləyə bilməz”. Onun sözlərinə görə, təqdim olunan layihənin məzmunu və təşəbbüs forması ABŞ üçün qəbuledilməz olub.

Digər Kateqoriyalar

2025 © Azervoice