Əsas səhifə » İngiltərədə izdihamın üzərinə avtomobil sürən şəxs həbs edilib

İngiltərədə izdihamın üzərinə avtomobil sürən şəxs həbs edilib

BAKI, AzerVoice

Liverpul məhkəməsi futbol azarkeşlərinin üstünə maşın sürməklə bağlı cinayət işi üzrə təqsirləndirilən keçmiş Britaniya hərbçisi Pol Doylu həbsdə saxlamaq barədə qərar verib.

AzerVoice xəbbr verir ki, bu barədə "The Guardian" qəzeti məlumat yayıb.

Hakim Endryu Menari qeyd edib ki, Doylun həbsi ictimai maraq və onun azadlığa buraxılması halında təhlükəsizliklə bağlı əsaslı narahatlıqlar səbəbindən davam etdiriləcək. Növbəti məhkəmə iclasının avqustun 14-də Liverpul Kral Məhkəməsində keçiriləcəyi, məhkəmə prosesi isə noyabrın 24-də münsiflər heyəti ilə başlayacağı gözlənilir.

Xatırladaq ki, 26 may axşamı Liverpulun mərkəzində "Ford Galaxy Titanium" markalı avtomobil futbol azarkeşlərinin üstünə sürülüb. Bu hadisə yerli futbol klubunun İngiltərə Premyer Liqasında qazandığı 20-ci titul münasibətilə keçirilən çempionluq paradı zamanı baş verib. Sürücü Pol Doyl hadisə yerində saxlanılıb və ona qəsdən bədən xəsarətləri yetirmə və təhlükəli sürücülük maddələri ilə ittiham irəli sürülüb.

Hadisə nəticəsində 79 nəfər xəsarət alıb, onlardan 50-si xəstəxanaya yerləşdirilib. mayın 29-da xəstəxanada 7 nəfərin müalicəsinin davam etdiyi, vəziyyətlərinin sabit olduğu bildirilib. Polis Doylun hadisə zamanı narkotik maddələrin təsiri altında olduğunu ehtimal edir.

Mətbuatda yayılan məlumata görə, Pol Doyl 1990-1994-cü illərdə Britaniya dəniz piyada qüvvələrində xidmət edib. Sonradan o, informasiya texnologiyaları və kibertəhlükəsizlik sahəsində, həmçinin Milli Səhiyyə Xidmətində (NHS) çalışıb. 2018-ci ildə bağlanmış poçt sifarişləri üzrə fəaliyyət göstərən şəxsi şirkətinin təsisçisi olub. Doyl həmçinin triatlonla məşğul olub və ailəsi ilə birlikdə Avstraliya, Yaponiya və Fiji kimi ölkələrə səyahət edirdi.

Digər Kateqoriyalar

2025 © Azervoice