BAKI,AzerVoice
Zelenski Tramp və Putinlə üçtərəfli görüş təklif edir.
AzerVoice xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya ilə davam edən müharibənin dayandırılması məqsədilə ABŞ-ın sabiq prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putinlə üçtərəfli sammitin keçirilməsini təklif edib.
AFP-nin yaydığı məlumata görə, Zelenski bu formatın həm ikitərəfli, həm də üçtərəfli şəkildə təşkil oluna biləcəyini bildirib. “Əgər Putin ikitərəfli görüşdən çəkinirsə və hər kəs üçtərəfli sammitə razıdırsa, mən buna hazıram. Görüşün təşkili üçün hər cür şərait yaratmağa hazırıq” - deyə o bildirib.
Qeyd edək ki, Zelenski çıxışında Trampın Rusiyanın hava hücumlarına və atəşkəsi rədd etməsinə cavab olaraq Moskvanın bank və enerji sektorlarına qarşı sərt sanksiyalar tətbiq etməsini də arzuladığını qeyd edib.