BAKI, AzerVoice
Rusiya və Ukrayna arasında 15–16 may tarixlərində İstanbulda aparılan danışıqlar nəticəsində əldə olunan razılaşma əsasında başlanan üç günlük əsir mübadiləsi prosesi uğurla yekunlaşıb.
AzerVoice xəbər verir ki, ilk mərhələdə, mayın 23-də 390, mayın 24-də isə 307 əsir qarşılıqlı olaraq azad edilmişdi.
Mübadilənin son günü isə hər iki tərəfdən 303 hərbi əsir daha sərbəst buraxılıb.
Beləliklə, planlaşdırıldığı kimi, ümumilikdə 1000 nəfərlik mübadilə tamamlanıb və hər iki ölkədən 1000 hərbi əsir azadlığa buraxılıb. Mübadilə prosesi tərəflər arasında razılaşdırılmış şərtlərə uyğun olaraq problemsiz həyata keçirilib.