BAKI, AzerVoice
Amerika Birləşmiş Ştatları “Böyük Yeddilərin” (G7) maliyyə nazirlərinin zirvə toplantısı zamanı Ukraynaya pul yardımını azaltmaq niyyətində olduğunu bəyan edib.
AzerVoice bu barədə xarici KİV-ə istinadən xəbər verir.
“Görüş zamanı ABŞ tərəfi bildirib ki, 2024-cü ildə Bayden administrasiyasının razılaşdırdığı G7 kreditinin son tranşları ödənildikdən sonra Ukraynaya dəstəyi azaldacaq”, - deyə “Politico” nəşrinin məlumatında qeyd olunub.
Nəşr qeyd edir ki, Ukrayna 2026-cı ildə 71,7 milyard avro büdcə kəsiri ilə üzləşəcək və yeni vəsait daxil olmadığı halda apreldən etibarən dövlət xərclərini azaltmağa məcbur qalacaq.
