BAKI, AzerVoice
Almaniyada sağ radikal cinayətkar qrupların sayı artır.
AzerVoice xəbər verir ki, bu barədə Almaniya Federal Cinayət Polisi İdarəsinin (BKA) rəhbəri Holger Münx bildirib.
“Artıq bir ildir ki, biz çox gənc insanların sağçı baxışlarla getdikcə daha da radikallaşdığını və bəzən ciddi cinayətlər törətmək üçün yaxşı təşkilatlanmış strukturlar yaratdıqlarını daha tez-tez müşahidə edirik” – deyə Münx Funke qeyd edib.
Onun sözlərinə görə, internet bu radikal qüvvələr üçün getdikcə
daha çox şəbəkələşmə məkanı rolunu oynayır.
“Radikallaşma, verbovka və səfərbərlik sosial şəbəkələr və sağçı
forumlar vasitəsilə baş verir” – deyə, o vurğulayıb.
Qeyd edək ki, mayın 21-də Almaniya hüquq-mühafizə orqanları 14–18 yaş arası beş nəfəri saxlayıb. Onlar özlərini “Son Müdafiə Dalğası” adlandıran sağ ekstremist terror təşkilatına üzvlükdə və ya dəstək verməkdə şübhəli bilinir. Dörd nəfər birbaşa üzvlükdə, biri isə dəstəkləməkdə ittiham olunur. Saxlanılanların hamısı Almaniya vətəndaşıdır. Onların qaçqınlara və siyasi müxaliflərə qarşı hücumlar planlaşdırdıqları bildirilir.
“Son Müdafiə Dalğası” təşkilatının üzvləri özlərini “alman millətinin son müdafiə instansiyası” kimi təqdim edir. Onların əsas məqsədi Almaniya Federativ Respublikasında demokratik sistemi zorakı yollarla – xüsusilə də miqrantlara və siyasi rəqiblərə qarşı hücumlarla sarsıtmaqdır.