Əsas səhifə » ABŞ Estoniyaya 296 milyon dollarlıq raket satacaq

ABŞ Estoniyaya 296 milyon dollarlıq raket satacaq

BAKI, AzerVoice

ABŞ Dövlət Departamenti, Estoniya hökumətinə təqribən 296 milyon dollar dəyərində FGM-148F Javelin tank əleyhinə raketləri və əlaqədar hərbi texnika satışına razılıq verib.

AzerVoice xəbər verir ki, məlumatı ABŞ Müdafiə Təhlükəsizliyi Əməkdaşlığı Agentliyi (DSCA) yayıb və satış barədə bildiriş Konqresə təqdim edilib.

Estoniya bu satış çərçivəsində 800 ədəd Javelin raketi (onlardan 8-i test məqsədi ilə) və 84 ədəd yüngül komanda/fırlatma qurğusu (LwCLU) almağı planlaşdırır. Bu qurğuların sayı əvvəlki 10 milyon dollarlıq müqaviləyə nisbətən əhəmiyyətli dərəcədə artırılıb.

Yeni paketə yalnız raket və buraxıcı sistemlər deyil, həm də təlim simulyatorları, mühimmat simulyasiyaları, batereya soyutma qurğuları, ehtiyat hissələri, texniki alətlər, təmir dəstəyi, mühəndislik və logistik xidmətlər daxildir. ABŞ hökuməti və müqaviləçilər bu xidmətlər üçün dəstək göstərəcək.

ABŞ Dövlət Departamenti bildirib ki, bu satış Estoniyanın təhlükəsizliyini möhkəmləndirməklə ABŞ-ın xarici siyasətinə və milli təhlükəsizliyinə töhfə verəcək. Eyni zamanda bu addım NATO-nun birlikdə işləmək qabiliyyətini artıracaq və Estoniyanın müdafiə imkanlarını gücləndirəcək.

Digər Kateqoriyalar

2025 © Azervoice