Əsas səhifə » Almaniyada bıçaqlı hücum - Yaralılar var

Almaniyada bıçaqlı hücum - Yaralılar var

BAKI, AzerVoice

Almaniyanın Hamburq şəhərindəki mərkəzi dəmir yol stansiyasında bıçaqlı hücum baş verib.

AzerVoice xəbər verir ki. bu barədə Bild qəzeti məlumat yayıb.

Məlumata görə, hadisə stansiyanın 13/14-cü platformasında baş verib. İnsident nəticəsində ən azı 12 nəfər xəsarət alıb. Yaralananlardan bəzilərinin vəziyyəti ağırdır. Almaniya Federal Polisi hadisədə məsul olan bir qadını saxlayıb.

Hadisənin təfərrüatları və şübhəlinin motivi hələ ki, məlum deyil.

Digər Kateqoriyalar

2025 © Azervoice