Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    Danışıqların yeri yalnız qarşılıqlı razılıqla seçilə bilər - Kreml

    23 May 2025 14:39
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Ukrayna ilə növbəti danışıqların yeri hər iki tərəfin razılığı ilə müəyyən olunacaq.

    AzerVoice xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov Ukrayna ilə keçiriləcək növbəti danışıqların məkanı ilə bağlı yekun qərarın hələ verilmədiyini və bu qərarın yalnız qarşılıqlı razılıq əsasında qəbul edilə biləcəyini bildirib.

    Peskov paytaxt Moskvada keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. O, Ukraynanın son günlərdə Rusiyaya, xüsusən də Moskvaya qarşı pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumlara toxunaraq, bu hücumları “Kiyev rejiminin davam edən düşmənçilik fəaliyyəti” kimi qiymətləndirib.

    Kreml sözçüsü Rusiyanın hava hücumundan müdafiə sistemlərinin bu hücumları uğurla dəf etdiyini qeyd edib.

    Ukrayna ilə danışıqların davam etdirilməsi məsələsinə toxunan Peskov, “Növbəti danışıqların harada keçiriləcəyi barədə hələ heç bir razılaşma yoxdur. Belə bir qərar yalnız hər iki tərəfin razılığı ilə mümkündür və bu barədə müvafiq vaxtda qərar veriləcək”- deyə bildirib.

    Qeyd edək ki, Rusiya və Ukrayna nümayəndə heyətləri sonuncu dəfə mayın 16-da İstanbulda, Dolmabahçe Rəyasət Heyətinin binasında görüşüblər. Türkiyə tərəfi həmin görüşdə tərəflər arasında məhbus mübadiləsinə dair razılaşmanın əldə olunmasında vasitəçi rolunu oynayıb.

    #Rusiya #Moskva #Ukrayna #Dmitri Peskov #Kremlin #Rusiya-Ukrayna münaqişəsi #Rusiya-Ukrayna müharibəsi #Rusiya Ukrayna danışıqları
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Danışıqlarda ciddi irəliləyiş əldə olunub - Kiyev

    6 Fevral 2026 09:47

    Rusiya Kiyev və Xarkovu raket və PUA-larla vurdu - Ukrayna

    5 Fevral 2026 12:51

    Avropa İttifaqında Rusiya ilə birbaşa danışıqlar çağırışları güclənir

    5 Fevral 2026 09:39

    Azərbaycan ərazisindən Ermənistana Rusiya taxılının növbəti partiyası göndəriləcək

    4 Fevral 2026 16:36

    Azərbaycandan keçməklə Ermənistana göndərilən Rusiya taxılının ümumi həcmi açıqlandı

    4 Fevral 2026 15:50

    25 vaqon Rusiya taxılı Azərbaycandan keçməklə Ermənistana göndərildi

    1 Fevral 2026 15:52

    Ukraynada elektriklər kəsilib

    31 Yanvar 2026 15:15

    Macarıstan Ukraynaya yardım etmiyəcək - Orban

    31 Yanvar 2026 13:43

    NATO Rusiya gəmilərini PUA-lar ilə izləməyə başlayıb

    31 Yanvar 2026 11:08

    Tramp ABŞ-də fövqəladə vəziyyət elan etdi

    30 Yanvar 2026 09:09

    Rusiya və BƏƏ liderləri Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

    29 Yanvar 2026 17:32

    Tanınmış cərrah Anar Namazov “Səhiyyə əlaçısı” döş nişanı ilə təltif edilib

    29 Yanvar 2026 16:17
    XƏBƏR LENTİ

    Bu gün Xomeyni Salman Rüşdi haqqında ölüm hökmü verdi

    14 Fevral: Həririnin Qətli və YouTube-un Doğuşu: 14 Fevral Dosyesi

    Prezident İlham Əliyev: Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir

    Prezident İlham Əliyev: Yeni dünya nizamı “kim güclüdür, o da haqlıdır” anlamına gəlməməlidir

    Bu il Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanacaq? Prezident açıqladı

    Prezident İlham Əliyev Münxendə Azərbaycan telekanallarına müsahibə verib

    Prezident İlham Əliyev Münxendə “Oracle” korporasiyasının baş icraçı direktoru ilə görüşüb

    Ceyhun Bayramov Münxen Təhlükəsizlik Konfransı çərçivəsində panel müzakirələrində çıxış etdi

    Almaniya kansleri Avropanın "nüvə qalxanı"nın yaradılmasını təklif edir

    “AzerGold” QSC ilə Geologiya və Geofizika İnstitutu arasında Anlaşma Memorandumu imzalanıb

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.