Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    Suriyada keçid hökumətinin süqutu İŞİD-in yenidən dirçəlməsinə yol aça bilər - Rubio

    21 May 2025 20:33
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Suriyada keçid hökumətinin süqutu, ölkə ərazisində “İslam Dövləti” (İŞİD) adlı terrorçu qruplaşmanın yenidən dirçəlməsinə yol aça bilər.

    AzerVoice xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio bildirib.

    Onun sözlərinə görə, hazırda Suriyanın yeni hökuməti dağılmaq təhlükəsi ilə üz-üzədir və bu, ölkədə yenidən vətəndaş müharibəsinin başlaması ilə nəticələnə bilər.

    “Vətəndaş müharibəsi ölkənin İŞİD və digər cihadçılar üçün bir növ oyun meydanına çevrilməsi anlamına gələrdi. İranın bölgədəki təsirinin qayıdacağı təhlükəsi isə əlavə riskdir" - deyə, Rubio qeyd edib.

    ABŞ administrasiyasının Suriya keçid hökuməti ilə əməkdaşlığına toxunan dövlət katibi qeyd edib ki, bu əməkdaşlıq indiki hökumət üçün uğur təmin etmir.

    “Bu, uğurla nəticələnə bilər, amma nəticəsiz də qala bilər. Lakin əgər cəhd etməsək və əməkdaşlıq aparmasaq, onda uğursuzluq qaçılmaz olacaq”, - Rubio bildirib.

    Qeyd edək ki, mayın 14-də ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Suriyanın prezidenti Əhməd əş-Şəraa ilə görüşüb. Görüş zamanı Tramp bildirib ki, ABŞ uzun illər Hafiz Əsəd və oğlu Bəşşar Əsədin hakimiyyəti dövründə tətbiq olunan sanksiyaların ləğvinə başlayacaq.

    #ABŞ #İŞİD #Donald Tramp #Suriya #Marko Rubio #Suriya hökuməti #Əhməd əş-Şəraa
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Suriya Prezidenti bu gün Ağ Evdə Donald Tramp ilə görüşəcək

    10 Noyabr 2025 09:20

    Nyu Yorkun məşhur parkında Azərbaycanın Dövlət Bayrağı ucaldılıb (FOTO)

    9 Noyabr 2025 20:15

    Livanda İranın Hizbullaha maliyyəsini kəsmək üçün tarixi imkan yaranıb – ABŞ rəsmisi

    9 Noyabr 2025 18:28

    ABŞ-la hazırda danışıqlar mümkün deyil - İran

    9 Noyabr 2025 18:24

    Çin raket arsenalını genişləndirir

    8 Noyabr 2025 22:40

    Bayden İsrailin hüquq pozuntuları ilə bağlı məlumatları görməzlikdən gəlib

    8 Noyabr 2025 21:00

    Suriya və Səudiyyə turizm sahəsində əməkdaşlığı gücləndirir

    8 Noyabr 2025 20:16

    Qəzzada beynəlxalq qüvvələrin yerləşdirilməsi çox yaxındadır - Tramp

    8 Noyabr 2025 12:08

    ABŞ, Suriya Prezidenti Əhməd Şəraa sanksiya siyahısından çıxardı

    8 Noyabr 2025 09:42

    Makron Suriyanı İŞİD- ə Qarşı Beynəlxalq Koalisiyaya Qoşulmağa Çağırdı

    7 Noyabr 2025 14:31

    Qəzzada beynəlxalq sabitlik qüvvələri tezliklə ərazidə fəaliyyətə başlayacaq - Tramp

    7 Noyabr 2025 12:01

    Türkiyə, Suriya rəsmilərinə tətbiq olunan sanksiyaların ləğvini alqışlayıb

    7 Noyabr 2025 10:53
    Demo
    XƏBƏR LENTİ

    Napoli baş məşqçisi ilə yollarını ayıra bilər

    Ölü dəniz – Yer üzündəki ən uniklal təbii laboratoriya: 16 maraqlı fakt

    Günəşdə güclü partlayış qeydə alınıb

    Azərbaycanın XİN Atatürkün anım günü ilə bağlı paylaşım edib

    Milli Observatoriya tərəfindən 2025-ci il üzrə ən çox tələb olunan peşələr müəyyən olunub

    Azərbaycan Ordusunun hərbçisi NATO kursunu müvəffəqiyyətlə bitirib

    Türkiyədən Özbəkistana elektrik avadanlıqları ixracı 116 milyon dolları keçib (ÖZƏL)

    Azərbaycan UNESCO komitəsinə üzv seçilib

    Yaponiyada 6,8 bal gücündə zəlzələ baş verib

    Məhəmməd bin Salmanın Vaşinqton səfəri regional münasibətlər üçün yeni imkan yaradır

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.