BAKI,AzerVoice
Atəşkəs yalnız danışıqlardan sonra mümkün ola bilər.
AzerVoice
xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna
ilə bağlı danışıqlara dair yeni açıqlama verib.
Nazir bildirib ki, hazırda atəşkəsin elan olunması gündəmdə deyil
və bu məsələyə yalnız danışıqlar prosesi başa çatdıqdan sonra
baxılacaq.
“Ukrayna ilə sülh danışıqları davam edir, lakin biz bu mərhələdə atəşkəslə bağlı qərar qəbul etməyi düşünmürük. Müzakirələr yekunlaşdıqdan sonra hərbi əməliyyatların dayandırılması məsələsinə baxıla bilər”, – deyə Lavrov vurğulayıb.
Qeyd edək ki, Ukrayna ilə Rusiya arasında münaqişə 2022-ci ilin fevralından bəri davam edir və beynəlxalq ictimaiyyətin vasitəçilik səylərinə baxmayaraq, tərəflər arasında davamlı atəşkəsə dair razılaşma hələ əldə olunmayıb.