BAKI, AzerVoice
Donald Tramp Rusiya və Ukrayna arasında sülh danışıqlarının Vatikanda keçirilməsini təklif edib.
AzerVoice xəbər verir ki, ABŞ
prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsinə dair çıxışında
sülh üçün neytral və dini zəminin əhəmiyyətinə toxunaraq, Vatikanın
danışıqlara ev sahibliyi etməsinin əla ideya olacağını
bildirib.
O, jurnalistlərin suallarını cavablandırarkən bu fikri səsləndirib
və Vatikanın belə bir təşəbbüsə hazır olmasının sülh prosesinə
müsbət təsir göstərə biləcəyini qeyd edib. Tramp həmçinin Rusiya
prezidenti Vladimir Putinlə apardığı son telefon danışığında bu
mövzunun gündəmə gəldiyini və danışıqlarda irəliləyiş ola
biləcəyinə inandığını bildirib.
Qeyd edək ki, Tramp müharibəni “Avropa məsələsi” adlandıraraq ABŞ-ın bu münaqişəyə həddindən artıq resurs sərf etdiyini, Avropanın isə kifayət qədər təşəbbüs göstərmədiyini vurğulayıb.