BAKI,AzerVoice
Qurban – sözü ərəbcə "yaxınlaşmaq" mənasını verir. İslamda bu anlayış, insanın malından Allah yolunda pay verərək Onun rizasını qazanmaq istəyi ilə bağlıdır. Qurban, sadəcə heyvan kəsmək deyil, eyni zamanda Allaha yaxınlaşmaq, ixlas və təslimiyyətin göstəricisidir.
Qurbanın dini mənşəyi:
Qurban kəsmək ən qədim ibadətlərdən biridir.Bu ayin İlk dəfə Adəm peyğəmbərin(a.s.) oğulları tərəfindən həyata keçirilib. Onlardan biri qurbanı ixlasla kəsdiyi üçün qəbul olunmuş, digəri isə niyyətində səmimi olmadığı üçün qurbanı rədd edilmişdi. Qurani Kərimdə bu hadisə Maidə surəsinin 27-ci ayəsində qeyd olunur.
Qurani-Kərimdə bir çox peyğəmbərlərə qurban kəsmək əmr olunmuş, Həcc mərasimində də bu ibadət vacib sayılmışdır. Kövsər surəsində Allah Rəsulu Məhəmməd Peyğəmbərə (sallallahu aleyhi və səlləm)və onun ümmətinə qurban kəsmək əmr olunmuşdur.
Qurbanın dini hökmü:
Alimlər arasında qurban kəsməyin hökmü barədə müxtəlif fikirlər var. Əksər alimlər bunu vacib deyil, güclü tövsiyə edilən bir ibadət kimi dəyərləndirirlər. Lakin Hənəfi məzhəbinə görə, qurban kəsmək vacib əməllərdən sayılır. Şafii məzhəbinə görə isə bu, tərk edilməməli olan mühüm bir sünnədir – yəni “vacib sünnətdir”.
Kimlər qurban kəsməlidir?
İslamda qurban kəsmək üçün əsas şərt maddi imkandır. Əsas ehtiyaclarını ödədikdən sonra artıq mülkə sahib olan hər kəs bu ibadəti yerinə yetirə bilər. Zəkatdan fərqli olaraq, qurban kəsmək üçün malın üzərindən bir ilin keçməsi şərt deyil.
Qurbanınızı Afrikada kəsin.
Qurban ibadətini yerinə yetirmək üçün coğrafi məhdudiyyət yoxdur. Hər bir müsəlman öz qurbanını Afrika ölkələrində kasıb müsəlmanlar üçün kəsdirə bilər. Bu həm Allah rizasını qazanmaq, həm də yardıma möhtaclara kömək etmək baxımından böyük savab qazandırır. “Amel Salih” ictimai birliyi sizlərə bu xeyirxah əməlin həyata keçirilməsi üçün xidmət göstərir.
"AMEL SALİH" İctimai birliyi artıq üç ildir ki, Nigeriya Federativ Respublikasında və Benində rəsmi qeydiyyatdan keçmiş və 4 ildir ki, Afrikanın 38 ölkəsində aktiv şəkildə xeyriyyə istiqamətində fəaliyyət göstərir. Birliyimiz "Afrikada Qurban" layihəsiyləistər şəxsi, istərsə də firma və təşkilatlardan sifarişlər almağa hazırdır.
"Qurban" layihəsinin həyata keçirilməsi mərhələləri:
- Xeyriyyəçi sifariş vermək istədiyi qurbanlıq heyvanların sayını nümayəndəmizə bildirməlidir.
- Xeyriyyəçi tələb olunan məbləği Qurban layihəsi üçün nəzərdə tutulmuş hesaba köçürməlidir.
- Xeyriyyəçi məbləğin köçürüldüyünə dair qəbzi nümayəndəmizə göndərməlidir.
- Xeyriyyəçi siyahıya salınması üçün qurbanın kimin adına kəsiləcəyini qeyd etməli və ya sifarişçilər siyahısında adını qeyd etdirmədən də anonim şəkildə kəsdirə bilər.
- Bütün siyahılar hazırlanaraq ölkələr arasında paylaşıldıqdan sonra Qurban bayramına qədər qurban kəsən şəxsə qurbanın kəsildiyi ölkənin adı, sifarişçinin adı və qurbanın siyahıdakı nömrəsi haqqında məlumat təqdim olunacaq.
- Siyahıda qeyd olunan hər bir qurban kəsildikdən dərhal sonra kəsim prosesini sənədləşdirən fotoşəkillər və video material Qurban bayramı günlərində qurban kəsdirən xeyriyyəçiyə göndəriləcək. Qurbanların kəsilməsi, habelə foto və videoların sifarişçilərə göndərilmə ardıcıllığı hər bir ölkədəki şəraitdən və vəziyyətdən asılı olacaq.
Qurban layihəsi barədə daha ətraflı məlumatı aşağıdakı keçiddən əldə edə bilərsiniz: QURBAN 2025 Afrika Proqramı