Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    Ağ Evdə İsrail lobbiləri ilə əlaqəsi olanlar vəzifədən azad edilir

    13 May 2025 12:30
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    ABŞ və İsrail arasında diplomatik gərginlik artır- Tramp İsrail lobbilərinə bağlı şəxsləri Ağ Evdən uzaqlaşdırır.

    AzerVoice xəbər verir ki, ABŞ prezidenti Donald Trampın İsrailin baş naziri Benyamin Netanyahu ilə münasibətlərinin soyuması fonunda Vaşinqton-Təl-Əviv xəttində gərginlik pik həddə çatıb.

    İsrail mediasının məlumatına görə, Tramp son həftələrdə Ağ Evdə İsrail lobbiləri ilə əlaqədə olan bir sıra vəzifəli şəxsləri və müşavirləri vəzifəsindən azad edib.

    Məlumata görə, Tramp Netanyahu ilə bir müddətdir görüş keçirmir. İsrailin təhlükəsizlik kabinetində baş nazir Netanyahunun "gərəksə, ABŞ-dan təhlükəsizlik yardımlarını qəbul etməyə bilərik" bəyanatı isə iki ölkə arasında fikir ayrılıqlarının nə qədər dərin olduğunu göstərir.

    Bununla yanaşı, Trampın hazırda davam edən Yaxın Şərq səfərində İsraildə dayanmayaraq yalnız Körfəz ölkələrini ziyarət etməsi də bu diplomatik soyuqluğun əlaməti kimi qiymətləndirilir. ABŞ və HƏMAS arasında İsrailin iştirakı olmadan atəşkəs müzakirələrinin aparılması da Təl-Əvivin narahatlığına səbəb olub.

    Digər tərəfdən, Ağ Evin yaxın günlərdə Qəzza zolağına genişmiqyaslı humanitar yardım göndəriləcəyini elan etməsi gözlənilir. ABŞ administrasiyası HƏMAS-ın danışıqlarda “müsbət jest” olaraq ABŞ-İsrailli girov Edan Aleksandrın azad edilməsini dəstəkləyib.

    Lakin bölgədə gərginlik davam edir. İsrail ordusunun Qəzzada məktəb və məscidlərə hücumu nəticəsində 18 fələstinli mülki şəxsin həyatını itirdiyi bildirilir. Bu hadisə beynəlxalq ictimaiyyətdə ciddi narahatlıq doğurub.

    #İsrail #Benyamin Netanyahu #Qəzza zolağı #ABŞ #Donald Tramp #Yaxın Şərq #Ağ Ev #ABŞ-İsrail əməkdaşlığı #Trampın Yaxın Şərq strategiyası
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Zelenski Trampın ultimatumuna cavab verib - Kifayət qədər kompromis edilib

    14 Fevral 2026 16:36

    ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu artırır

    14 Fevral 2026 15:50

    İsrail ordusu Qəzzada atəşkəs rejimini növbəti dəfə pozub

    14 Fevral 2026 12:38

    Fələstin xalqının məhvinə son qoyulmalıdır - Aİ

    14 Fevral 2026 12:00

    ABŞ aralıq seçkilərə hazırlaşır

    14 Fevral 2026 09:14

    BMT maliyyə böhranı təhlükəsi ilə üz-üzə qalıb

    13 Fevral 2026 12:43

    Parlamentdə ABŞ-nin Vitse-prezidentinin Azərbaycana səfəri müzakirə olunub

    13 Fevral 2026 11:58

    ABŞ Yaxın Şərqdə hərbi mövqeyini gücləndirir, ikinci təyyarədaşıyan yoldadır

    13 Fevral 2026 09:16

    NATO Qrenlandiyada mövqeyini gücləndirir

    12 Fevral 2026 10:38

    ABŞ İranla bağlı ikinci aviadaşıyıcının Yaxın Şərqə göndərilməsini nəzərdən keçirir

    12 Fevral 2026 09:59

    İranın raketləri müzakirə mövzusu deyil - Əraqçi

    11 Fevral 2026 15:10

    İsrailin Qərb Sahilində addımları beynəlxalq hüquqa ziddir - BMT

    11 Fevral 2026 12:46
    XƏBƏR LENTİ

    Azərbaycan Hərbi Hava Qüvvələrinin yaranması günü qeyd olundu

    Biz həmişə Azərbaycanın “yumşaq gücü”nə heyran olmuşuq - Vanq Huiyao

    Prezident İlham Əliyev: TRIPP-in Prezident Trampın adını daşıması o deməkdir ki, həmin dəhliz bu administrasiya üçün vacib olacaq

    Ermənistanla Azərbaycan arasındakı sülh mümkün olmayan bir qapını açdı - Marta Kos

    Marta Kos Prezident İlham Əliyevə minnətdarlığını bildirib

    Prezident İlham Əliyev: Bağlantılar və marşrutlar Cənubi Qafqazda tamamilə yeni vəziyyət yaradacaq

    Abaza Mehmed Paşa kimdir? Yüksəlişdən edama gedən yol

    Prezident İlham Əliyev: Bizim sərhədlərimizdə sülh qurulur, tamamilə yeni vəziyyət yaranıb

    Prezident İlham Əliyevin Münxendə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü olub

    Prezident İlham Əliyev Münxendə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi ilə görüşüb

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.