Əsas səhifə » Hindistanın hücumlarında 40 mülki şəxs həyatını itirib - Pakistan

Hindistanın hücumlarında 40 mülki şəxs həyatını itirib - Pakistan

BAKI, AzerVoice

Hindistanın “Sindoor əməliyyatı” nəticəsində 15-i uşaq olmaqla 40 mülki şəxs həlak olub.

AzerVoice xəbər verir ki, Pakistan Ordusunun İctimaiyyətlə Əlaqələr Departamenti (ISPR) Hindistanın Pakistan ərazisinə endirdiyi hücumla bağlı yeni açıqlama yayıb.

Məlumata görə, 15-i uşaq, 7-si qadın olmaqla 40 mülki şəxs həyatını itirib, 121 nəfər yaralanıb. Həmçinin 11 hərbçi həlak olub, 78-i isə yaralanıb.

Açıqlamada Pakistanın suverenliyinə və ərazi bütövlüyünə yönəlmiş istənilən hücuma “çevik və qətiyyətli cavab veriləcəyi” vurğulanıb.

Qeyd edək ki, aprelin 22-də Hindistanın Pahalqam rayonunda 26 nəfərin öldüyü terror aktından sonra Hindistan mayın 6-da Pakistan və Azad Kəşmir bölgəsinə raket zərbələri endirib. Qarşılıqlı toqquşmalardan sonra tərəflər ABŞ-ın vasitəçiliyi ilə mayın 10-da atəşkəs razılaşmasına gəlib. Hindistanın Baş naziri Narendra Modi dünən “Sindoor əməliyyatı”nın dayandırıldığını açıqlasa da, zərurət yaranacağı halda yenidən başlaya biləcəyini bildirib.

Digər Kateqoriyalar

2025 © Azervoice