Əsas səhifə » Türkiyə universiteti labaratoriya ləvazmiatları satın alacaq

Türkiyə universiteti labaratoriya ləvazmiatları satın alacaq

BAKI,AzerVoice

Ankara Universiteti Patologiya laboratoriyası üçün beş növ cihaz alınması ilə bağlı tender elan edib.

Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Ləvazimatlar tenderin nəticələri açıqlandıqdan sonra 60 gün ərzində təhvil verilməlidir.

Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:

- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;

- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;

- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.

Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:

- Tender təklifləri 4 iyun 2025-ci il tarixinə qədər "İbn Sina Xəstəxanası qarşısı, Akademik Kompleks, L Blok, 3-cü mərtəbə, Altındağ/Ankara" ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir

Digər Kateqoriyalar

2025 © Azervoice