Əsas səhifə » Si Cinpin və Vladimir Putin Arasında Yüksək Səviyyəli Görüş

Si Cinpin və Vladimir Putin Arasında Yüksək Səviyyəli Görüş

BAKI, AzerVoice

Çin Xalq Respublikasının Prezidenti Si Cinpin ilə Rusiya Prezidenti Vladimir Putin arasında görüş baş tutub.

AzerVoice xəbər verir ki, mərasimin görüntüləri Kremlin rəsmi Telegram kanalında yayımlanıb.

Si Cinpin Moskvaya 7 may axşam saatlarında çatıb. Onun Rusiya paytaxtına səfəri 9 May – Qələbə Günü münasibətilə keçirilən tədbirlərdə iştirak məqsədi daşıyır. Çin liderinin səfəri 10 may tarixinədək davam edəcək.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov daha əvvəl bildirib ki, Si Cinpinin səfərinə Kreml tərəfindən böyük əhəmiyyət verilir və onun Qələbə Günü tədbirlərində iştirakı yüksək dəyərləndirilir.

Kremlin verdiyi məlumata görə, danışıqlar zamanı iki ölkə arasında strateji əməkdaşlıq və beynəlxalq məsələlər üzrə fikir mübadiləsi aparılması gözlənilir.

Digər Kateqoriyalar

2025 © Azervoice